TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə 20Yanvar- Ümumxalq hüzn günü ilə əlaqədar dəyirmi masa keçirildi.Məktəbin tarix müəllimi Murad Əliyev şagirdlərə bu faciənin tarixçəsi,onu törədən "Qırmızı ordu" barədə məlumat verdi.Şagirdlərimiz bu faciənin dəhşətlərini əks etdirən foto və videoçarx izlədilər.Günahsız insanlara qarşı törədilmiş bu insanlıqdankənar qətliam şagirdlərdə dərin hüzn duyğusu yaratdı. 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edildi.Allah bütün şəhidlərimizə rəhmət eləsin