20 YANVAR FACİƏSİNİ UNUTMADIQ

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, 20 Yanvar gününün Azərbaycan suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda gedən mübarizənin rəmzi kimi qeyd olunması məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı məktəbin Tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş divar qəzetləri hazırlanıb.