Təhlükəsizlik günü

BŞTİ-nin ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi psixoloji mühitin formalaşması məqsədi ilə 30.12.2024-cü il tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Təhlükəsizlik günü" adlı görüş təşkil edildi və müvafiq əmrdən irəli gələn qaydalarla bağlı valideynlərlə söhbət aparıldı . Onlara tapşırıldı ki övladlarına bildirsinlər ki, qadağan olunmuş əşyalar məktəbə gətirməməlidir, məktəb ərazisində şübhəli bağlamalar aşkar edildikdə yaxınlaşmamalı, məktəb rəhbərliyinə xəbər verməlidirlər. Onlarla yeni şagird davranış qaydalarında əks olunan təhlükəsizlik qaydaları müzakirə edildi.