Təhlükəsiz informasiya axtarışı

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə IX c sinif rəhbəri Səbuhə Babayeva IX c sinif şagirdləri ilə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda reproduktiv məşğələ keçirilib. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında şagirdlər məlumatlandırıldı. Şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və bələdçi" üsulundan istifadə edilmiş, seminarın sonunda şagirdlərin sualları cavablandırılmışdır.