REPRODUKTİV SAĞLAMLIQ

24.12.2024-cü il tarixində məktəbin psixoloqları Cahangirli Günəş və Abbasova Sevinc tərəfindən IX sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda söhbət apardı. Söhbət zamanı psixoloqlar yeniyetməlik dövrü haqqında şagirdlərə məlumat verdi. Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bu dövrdə şagirdlərin orqanizmində psixoloji və emosional dəyişikliklər baş verir. Buna səbəblə də psixoloq şagirdlərə həmin dövrdə hansı qaydalara və necə əməl etmə yollarını izah etdi. Eyni zamanda onu da qeyd etdi ki, reproduktiv sağlamlığın, sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdişləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Sağlam olmaq üçün təmiz havada gəzməli, 7-8 saat yatmalı, meyvə-tərəvəz qəbul olmalıdır. Reproduktiv sağlamlığın qorunması üçün insan sağlam həyat tərzi keçirməli, gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır.