Təhlükəsizlik günü

Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.
MÜTDA-nın göndərdiyi məktuba əsasən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə məktəbdə 1 gün təhlükəsizlik günü elan edildi.
Həmin gün təhküsizlik tədbirləri ilə bağlı valideynlərin maarifləndirilməsi, siniflərdə çantalara baxışın keçirilməsi, həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi həyata keçirildi.