Novruz bayramınız mübarək!

Bu gün 103 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunmuş "Yurdumuza bahar gəlir " adlı tədbir keçirildi. Tədbirdə 103 saylı tam orta məktəbin şagird və müəllim kollektivi ,Xocəsən bələdiyyəsinin İctimai humanitar məsələlər üzrə sektor müdiri Pərvanə Gözəlova , Xocəsən qəsəbə nümayəndəliyinin işçisi Zülfiyyə Əsədullayeva və valideynlər iştirak etmişdir.Şagirdlərin ifasında rəngarəng çıxışları , Kosa və Keçəlin şən zarafatları və Bahar qızın gəlişi tamaşaçılar tərəfindən maraqla qarşılandı.