10 DEKABR - İNSAN HÜQUQLARI GÜNÜDÜR

10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür. Bu münasibətlə məktəbin müəllimi Emilya Əzimovanın təşkilatçılığı ilə dəyirmi masa təşkil edildi. Şagirdlər insan hüquqları və insan haqları, uşaq hüquqları haqqında Konvensiya və təhsil hüquqları haqqında fikirlərini hazırladıqları təqdimatlarla nümayiş etdiriblər. Tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etməkdir