Təhlükəsizlik günü

Hər həftənin V günü Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Təhlükəsizlik Günü" elan edilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyinin 30.01.2024-cü il tarixli təlimatına əsasən normal iş şəraitinin qurulması, təlim-tərbiyə işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün məktəbdə təhlükəsiz mühit yaradılmışdır.
Növbətçi müəllimlərin iş rejimi gücləndirilmişdir.
Vaxtaşırı siniflərdə çantalara baxış keçirilir.
Dərsə gecikən, dərsdən yayınmaq istəyən şagirdlərlə, risk qrupunun üzvləri ilə tərbiyəvi söhbətlər aparılır.
Məktəbin qorunması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik təhlükəsizlik, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsiyliyinin tətiqi ilə əlaqədar vaxtaşırı maarifləndirici söhbətlər aparılıb.
Məktəbdə könüllü şagirdlərin iştirakı ilə ibtidai sinif şagirdlərinin çantaları daşınır.
Təlim-tərbiyə prosesinin mövcud tələblərə uyğun aparılması təmin edilir.