ZƏFƏR GÜNÜ İLƏ BAĞLI NÜMUNƏVİ DƏRS

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin tarix müəllimi  Emin Hüseynov 6c  sinfində nümunəvi dərs keçmişdir. Dərs Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra canını vətən uğrunda qurban verən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.Sonra isə, şagirdlər böyük Qələbəmizi əks etdirən şeirlər söylədilər, Zəfər tariximiz haqqında məlumatlar verdilər, hazırladıqları divar qəzetlərini nümayiş etdirdilər .
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva  çıxış edərək şagirdləri bayram münasibətilə təbrik etmiş,onlara vətəni sevmələri,hər zaman vətənimizin daha da çiçəklənməsi, inkişaf etməsi üçün lazımi biliklərə yiyələnərək gələcəkdə ölkəmizin quruculuq işlərində fəal iştirak etmələrini  tövsiyyə etmiş, müəllimə və şagirdlərə bundan sonra da daim uğurlar qazanmağı, nailiyyətlər əldə etməyi arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi