ZƏFƏR GÜNÜ
Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “8 Noyabr - Zəfər günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Sonra vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Giriş sözü ilə məktəbin direktoru Səma Həziyeva çıxış edib. Tədbirdə məktəbin 9b sinif şagirdləri rəngarəng bayram proqramı ilə çıxış ediblər. Şagirdlərin ifasında şeirlər söylənilib, hərbi-vətənpərlik mövzusunda mahnılar oxunulub.