MİLLİ DİRÇƏLİŞ GÜNÜ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Milli Dirçəliş Günü”nə həsr olunmuş dəyirmi masa  keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə məktəbin kitabxana müdiri Minayə Məmmədova  açdı. Məktəbin tarix müəllimi Murad Əliyev  “Milli iftixar hissi ən ülvi duyğudur” mövzusunda məruzə etdi. O, bu günün tarixi əhəmiyyəti ilə bağlı şagirdlərə geniş məlumat verdi. Məktəbdən və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva Ümummilli Lider Heydər Əliyevin bu istiqlal mücadiləsində öz siyasi uzaqgörənliyi və müdrikliyi ilə xalqa göstərdiyi yoldan danışdı. Eyni zamanda tədbirdə şagirdlərin  “Dirçəliş Günü” ilə əlaqədar maraqlı və yadda qalan çıxışları dinlənildi. Tədbirin sonunda mövzu ilə əlaqədar şagirdlər arasında geniş diskussiya keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi