" ZƏFƏR GÜNÜ" İLƏ BAĞLI İNTELLEKTUAL YARIŞ

Noyabr ayının 5-də Z. Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Azərbaycan dili müəllimi Rübabə Malikzadə və texnologiya müəllimi İlahə Mustafayevanın təşkilatçılığı ilə "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş 7-ci sinif şagirləri arasında hər komandada 6 nəfər olmaqla intellektual yarışma keçirilmişdir. Yarışmada 5 komanda - "Mavi ay ", "Xarıbülbül "," Uğur ", "İrəli ", "Zəfər " mübarizə aparmışlar. Tədbirdə direktor Səma Həziyeva , təlim tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova ,məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , eyni zamanda məktəbin digər müəllimləri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Səma Həziyeva hamını "Zəfər günü" münasibəti ilə təbrik etmiş, komandalara yarışda uğurlar arzulamışdır. Sonda Yasəmən Abdullayeva da çıxış edərək bu cür intellektual yarışmaların əhəmiyyətindən söz açmış, şagirdlərə zehin açıqlığı arzulamışdır. Yarış boyu ümumilikdə 30 sual səsləndirilmiş və şagirdlərin dünyagörüşü, tarixi bilikləri sınanılmışdır. Şagirdlər suallara böyük maraq göstərmiş, komandalar arasında gərgin rəqabət getmişdir. Sonda "Mavi ay " komandası ən çox xalı toplayaraq l yerə sahib olmuşlar. Məktəb rəhbərliyi tərəfindən bütün komandalar diplomlarla təltif olunmuşdur.