12 NOYABR "KONSTİTUSİYA GÜNÜ"DÜR

5 noyabr  tarixində  məktəbdə “Konstitusiya  günü”nə həsr olumuş tədbir keçirildi.  Tədbir məktəbin IX d  sinif şagirdlərinin ifasında Dövlət himni ilə başladı. Məktəbin tarix müəllimi Emin Hüseynov   çıxış edərək , konstitusiyanın yaranma tarixi, ona verilən dəyər  və 12 noyabr  tarixinin  “Konstitusiya günü” kimi qeyd edilməsi haqqında iştirakçıara geniş məlumat verdi. Məktəbin məktəbdənkənar  və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva  öz çıxışında da qeyd etdiyi kimi Konstitusiya –dövlətin ali qanunudur,  ali hüquqi qüvvəyə malik, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edən bir sənəddir. Tədbirin sonunda  şagirdlər Azərbaycan Konstitusiyası ilə bağlı onlara verilən sualları cavablandırdılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi