Yaşıl dünya naminə həmrəy olaq!

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 2 ç sinif rəhbəri İlahə Həsənovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29-un şüarı: “Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda açıq dərs keçirilib. Dərsdə “Yaşıl dünya naminə həmrəylik ili"ndə COP 29-un ölkəmiz üçün əhəmiyyəti” mövzusunda məruzə dinlənilib, videoçarx təqdim olunub və məktəblilərin mövzu ilə əlaqədar rəsmləri nümayiş etdirilib.