BƏHRAM BAĞIRZADƏ "ŞUŞA HAQQINDA"

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədova və 4c sinif şagirdlərinin iştirakı ilə kitabxanada Bəhram Bağırzadənin uşaqlar üçün yazdığı " Şuşa haqqında" kitabının müzakirəsi təşkil olundu. Müzakirədə şagirdlərin fəal şəkildə fikirlərini ifadə etdiyini də sezmək mümkündür.
Şuşanın yaranmasının tarixi, Şuşa qalası, Cıdır düzü, Şuşanın məşhur bulaqları, qədim abidələri, gözəl təbiəti və s. haqqında ətraflı məlumat verdilər. Həmçinin, Xan qızı Xurşidbanu Natəvan tərəfindən Şuşaya çəkilən su kəməri,karvansaralar barəsində danışdılar.