HƏRBİ QƏNİMƏTLƏR PARKINA EKSKURSİYA

Məktəbin  9ç sinif rəhbəri Gülnarə Hüseynovanın və 8e  sinif rəhbərli Sona İsmayılovanın  təşkilatçılığı ilə  Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub. Ekskursiyada həmçinin  məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , UBTR Vüsalə Məmmədova , kitabxanaçı Aysel Kərimova və məktəbin şagirdləri iştirak etdilər. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir. Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilib. 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi