Təhlükəsizlik günü
Məktəblərdə daha təhlükəsiz mühit yaratmaq, sağlam mənəvi-psixoloji mühitin formalaşması işinə töhfə vermək məqsədilə vaxtaşırı monitorinqlər aparılır, məktəbə giriş və çıxışlara nəzarət gücləndirilir, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında şagirdlər maarifləndirilir.