REPRODUKTİV SAĞLAMLIQ

25.10.24-cü il tarixində məktəbin psixoloqu Sevinc Abbasova  Reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait əsasında, yuxarı sinif şagirdlərinin iştirakı ilə "Erkən nigah", " Qohum nigahlarının fəsadları" mövzusunda maarifləndirici seminar keçirmişdir.

Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.

Tədbirin sonunda videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi