MƏNƏVİ DƏYƏRLƏRİMİZ

Z. Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yasəmən Abdullayeva və UBTR Vüsalə Məmmədovanın təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz ” şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən " Milli filmlərə baxış və müzakirə " adlı tədbir keçirildi. Tədbirdə 8c sinif şagirdləri iştirak etdilər. Tədbir zamanı Azərbaycan milli kinosu " Bir qalanın sirri " nümayiş olundu. Daha sonra şagirdlərlə müzakirə aparıldı.