YAŞIL DÜNYA ƏDƏBİYYATIMIZDA

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yasəmən Abdullayeva , kitabxana müdiri Minayə Məmmədova , ədəbiyyat müəllimi Əfsanə Qələndərovanın təşkilatçılığı ilə "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi" adlı tədbir keçirildi. Tədbirdə 7c sinif şagirdləri bu mövzu ətrafında məlumatlar təqdim etdilər, dahi şair və mütəfəkkirlərimizin yaradıcılığından nümunələr səsləndirdilər.