SAĞLAM HƏYAT TƏRZİ VƏ SAĞLAM QİDALANMA

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.8.Uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində tədbirlərin gücləndirilməsi bəndinə əsasən məktəbin psixoloqu Sevinc Abbasovanın təşkilatçılığı ilə " Sağlam həyat tərzi və sağlam qidalanma " adlı tədbir keçirildi. Tədbirdə qeyd edilib ki, sağlam həyat tərzi sağlam can, sağlam can isə sağlam ruh, mükəmməl insan, kamil vətəndaş deməkdir. Məktəblilərə düzgün qidalanma barədə danışıldı, siqaretin, narkotik maddələrin insan orqanizminə vurduğu ziyan nümunələrlə izah olundu. Tədbirdə yuxarı sinif şagirdləri iştirak etdiyindən erkən nikahın fəsadları barədə də danışıldı.