İŞĞAL ALTINDA OLMUŞ TORPAQLARDA TÖRƏDİLƏN EKOLOJİ TERROR

Məktəbimizdə Təhsil müəssisələrində COP 29 çərçivəsində " İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror " mövzusunda təqdimatların keçirilməsi üzrə kommunikasiya tədbirləri əsasında məktəbin ibtidai sinif müəllimi Aytən Babazadənin təşkilatçılığı ilə tədbir keçirildi. Müəllim işğal altında olmuş ərazilərdə erməniler törətdiyi vandallıqları şagirdlərin diqqətinə çatdırdı. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə törətdikləri ekoloji terrorun fəsadlarının aradan qaldırılması istiqamətində gördüyü mühüm işlərdən danışdı. Şagirdlər də çıxış edərək ermənilərin torpaqlarımızda etdiyi ekoloji terror haqqında fikirlərini bildirdilər.