TƏBİƏTDƏN İNCƏSƏNƏTƏ

2024 cü il " Yaşıl dünya naminə həmrəylik " ili və “Məktəblərdə ekologiya ayı” adlı layihəsinə əsasən şagirdlərin ekoloji maariflənməsi, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasını təşkil etmək məqsədilə Z. Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunub. Şagirdlər bitki, meyvə toxumları, məişət tullantılarından müxtəlif əl işləri hazırlayıblar və həmin incəsənət nümunələri məktəb guşəsində nümayiş olunub.