Aprel döyüşləri- Böyük Zəfərin başlanğıcı

Aprel döyüşlərinin səkkizinci ildönümü ilə bağlı Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin direktoru Səma Həziyeva , məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , UBTR Vüsalə Məmmədova , kitabxana müdiri Minayə Məmmədova , ədəbiyyat müəllimi Əfsanə Qələndərova və 6c sinif şagirdləri Xocəsən qəbirstanlığında uyuyan şəhidlərimizin məzarını ziyarət etdilər. Ziyarət zamanı torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib. Şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi