İDMAN HƏFTƏSİNİN YEKUNU

Z.Məmmədov adına 103  nömrəli tam orta məktəbdə artıq bir həftədir ki, davam edən Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş  “İdman həftəsi” layihəsi artıq başa çatmışdır.

"İdman həftəsi" ərzində məktəbdə müxtəlif mövzuda silsilə tədbirlər keçirilmiş, Bədən Tərbiyəsi və İdman Gününün məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumatlar verilmişdir.

    Bu münasibətlə məktəbin idman  zalında mükafatlandırılma tədbiri həyata keçirilmişdir. Tədbirdə məktəbin direktoru Səma Həziyeva çıxış edərək şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti, respublikamızda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı barədə söhbət acmış, ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə bu gün dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir.                                     

    Sonra “İdman həftəsi” ərzində keçirilən yarış və müsabiqələrdə yüksək nəticələr göstərmiş siniflər və qalibiyyət qazanmış şagirdlər məktəbin direktoru və müəllim kollektivi tərəfindən “Fəxri fərman”lar təqdim edilərək  mükafatlandırılmışlar.

    Sonda bu möhtəşəm həftədən xatirə qalacaq  kollektiv şəkillər çəkdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi