RƏSM MÜSABİQƏSİ

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilir. 5 mart tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə sinif rəhbərlərinin təşkilatçılığı ilə " İdman -sağlamlıq , dostluq , birlik... " adlı rəsm müsabiqəsi keçirildi.Müsabiqənin məqsədi Olimpiya oyunları haqqında məktəbliləri məlumatlandırmaq, olimpiya hərəkatını tanıtmaq, şagirdlərdə tolerantlıq, sülh, həmrəylik, dostluq hisslərini aşılamaq, uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək, yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarət olub.