Sağlam qidalanma - sağlam gələcək...

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilir. 5 mart  tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə sinif rəhbərlərinin təşkilatçılığı ilə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri keçirildi.  Bu tədbirdə şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı . Şagirdlərə hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verildi. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulandı və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edildi. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verildi.  İnsan orqanizmində suyun əhəmmiyəti və faydaları  həmçinin gün ərzində hansı miqdarda qəbul olunması vurğulandı. Şagirdlərin nə dərəcədə sağlam qidalanması və bu barədə nə qədər məlumatlı olması soruşuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi