Olimpiya oyunları uşaqların gözü ilə

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilir. 4 mart tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə İlahə Mustafayeva və Sevinc Əliyevanın təşkilatçılığı ilə "Olimpiya oyunları uşaqların gözü ilə" adlı əl işləri sərgisi keçirildi. Sərgidə şagirdlərin kağız , plastilin və s. istifadə etməklə hazırladıqları əl işləri nümayiş olundu. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 7-dək davam edəcək.