İdman viktorinası

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilir. 4 mart tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova , təşkilatçı Yasəmən Abdullayeva , fiziki tərbiyə müəllimləri İbad Abbasov , Naim Səfərov və Samir Musayevin təşkilatçılığı ilə İdman viktorinası keçirildi. Məktəbin şagirdləri idman viktorinasında fəal iştirak etdilər. Viktorinada qalib olan şagirdlər diplomla mükafatlandırıldı.