İDMAN NAİLİYYƏTLƏRİ OLAN İDMANÇILARLA GÖRÜŞ

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilir. 4 mart tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə təşkilatçı Yasəmən Abdullayeva və fiziki tərbiyə müəllimləri Südabə Behbudova , Vüqar Əliyevin təşkilatçılığı ilə idman nailiyyətləri olan idmançı məzun və şagirdlərimizlə görüş keçirildi. Beynəlxalq yarışlarda iştirak edən şagirdlər öz nailiyyətləri haqqında məlumat verdilər.