1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

1 mart tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta  məktəbdə “1 Mart  Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü” qeyd olundu. Məktəbin Mülki Müdafiə Tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş 2, 5, 6 – cı siniflər üzrə maarifləndirici dərslər, görüşlər, tədbir keçirildi. Keçirilən maarifləndirici görüşlərdə, dərslərdə  məktəbin direktoru Səma Həziyeva  , təlim – tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova , sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı Yasəmən Abdullayeva  və  məktəbin hərbi rəhbəri  Samir Musayev iştirak etdilər.

İlk öncə məktəbin hərbi rəhbəri Samir Musayev məktəbin tibbi sanitar heyyəti ilə maarifləndirici görüş keçirərək  yanğın, zəlzələ, qasırğa və s. kimi təbii fəlakətlər zamanı təxliyə olunma, ilk tibbi yardım haqqında hansı tədbirlərin görülməsi ilə bağlı onlara əməli – nəzəri məlumatlar verdi. Sonra səhər saat 9:00 – da həyəcan siqnalı verildi və məktəbin şəxsi heyyəti təxliyə edildi, xəsarət alanlara ilikin tibbi yardım göstərilərək hadisə yerindən kənarlaşdırıldılar.

Tədbirdə  Səma Həziyeva  tədbiri açaraq şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəlada hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında məlumat verdi. Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı Yasəmən Abdullayeva  Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu Azərbaycan bu təşkilata nə zaman daxil olub və bu təşkilata daxil olduqdan sonra rolu  rolu barəsində tədbir iştirakçılarına məlumat verdi.

 Sonda II, V, VI siniflərdə keçilən mülki müdafiə dərsləri dinlənildi. Şagirdlər yanğın, zəlzələ, daşqın, uçqun, qasırğa və s. kimi təbii fəlakətlər zamanı hansı tədbirlərin görülməsi ilə bağlı bilgilərini zənginləşdirdilər, təbii fəlakət baş verərsə, ilkin tibbi yardım, xilasetmə işlərini əks etdirən təqdimatlar, rəsmlər nümayiş etdirdilər, səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi