Hansı hallarda 101 və 112 Xidmətlərinə müraciət edilməlidir

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hadisələr zamanı düzgün davranma qaydalarını aşılamaq olub. Fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə, ilkin tibbi yardım anlayışları barədə söhbətlər aparılıb.