Şagirdimizin uğuru

"FiSO" şagirdlərin Riyaziyyat, İngilis, Məntiq, Kimiya, Fizika, Biologiya və İncəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Olimpiada, tələbələrin elm və təhsil sahələrində öz potensiallarını kəşf etmələrinə və gələcəkdə bu sahələrdə uğur qazanmağa hazırlıq görmələrinə imkan yaradır. İştirakçılar, həm milli həm də beynəlxalq mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilərlər. Bu olimpiada, təhsilin bütün aspektlərini əhatə edən və tələbələrin intellektual inkişafına töhfə verən mühüm bir platformadır.

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 8ç sinif şagirdi Mirhüseyn Ələsgərov bu yarışda iştirak edib uğur qazanmışdır. Mirhüseyni təbrik edirik və gələcəkdə ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi