Ana dilimizi sevək , sevdirək

20 fevral tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə “Ana dilimizi sevək , sevdirək” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Çıxış edən tədbir iştirakçıları millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biri olan ana dilimiz haqqında danışaraq qeyd ediblər ki, Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Məktəbin şagirdləri ana dilimizə həsr edilmiş şeirlər söyləyiblər. Sonda tədbir ana dilimizə həsr edilmiş musiqi nömrəsi ilə başa çatıb.