Ekologiya və biz

Yanvar ayında Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə " Ekologiya və biz" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir.
Daha sonra ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Şagirdlərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verilib, problemlərin həlli yolları izah olunub.
Tədbir şagirdləri maraqlandıran sualların müzakirəsi ilə davam edib. Sonda ekoloji mühitdən bəhs edən videoçarx nümayiş olunub.