Məhəmməd Əmin Rəsulzadə - 140 il

Yanvarın 26-sında Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçığı ilə ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi münasibətilə “Görkəmli dövlət və ictimai – siyasi xadim” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Minayə Məmmədova açmışdır. O, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi haqqında dövlət başçısının 30 dekabr 2023-cü il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edərək qeyd etmişdir ki, Məhəmməd Əmin Rəsulzadə ictimai – siyasi dövlət xadimi olmaqla bərabər, həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olmuşdur. O, çox gənc yaşında siyasi həyata qoşulmuş, xalqının taleyinə biganə qala bilməmiş, milli iradə nümayiş etdirərək Azərbaycanın istiqlal mübarizəsinə öz töhfəsini vermişdir.