Pedaqoji şuranın iclası
30 yanvar 2024- cü il tarixdə məktəbin akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Səma Həziyeva , təlim - tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova , Səbinə Cabbarova , tərbiyə işləri üzrə direktor müavini Yasəmən Abdullayeva , məktəbin psixoloqu, kitabxana müdiri , UBTR və müəllimlər iştirak etdilər.
Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru Səma Həziyevanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.
İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2023 - 2024 - cü dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı.