20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ "20 YANVARDAN XARIBÜLBÜLƏ GEDƏN YOL" ADLI ÜMUMMƏKTƏB TƏDBİRİ

20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023 - cü il tarixli və BŞTİ - nin 13.01.2024- cü il tarixli əmrinə və məktəbin fəaliyyət planına uyğun olaraq tədbirlər planı hazırlanmışdır.Həmin tədbirlər planının birinci bəndinə əsasən keçirilən tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədi,mahnılar oxudu, faciənin tarixi , qurbanları, Azərbaycanın müstəqil olmasında Meydan hərəkatının rolu mövzusunda məlumat verdilər.

Sonda məktəbin direktoru Səma Həziyeva  çıxış etdi.O,öz çıxışında milli müstəqilliyimizin,suverenliyimizin başlanğıcı olan Meydan hərəkatı,20 Yanvar faciəsini yaradan səbəblər və onların nəticələri barədə söz açdı,gəncliyimizdə milli-vətənpərvərlik hissləri aşılayan belə tədbirlərin əhəmiyyətini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi