ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

Z.Məmmədov  adına 103 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva  ,müəllim kollektivi və şagirdlər iştirak etdilər.Məktəbimizin şagirdləri Ulu öndər Heydər Əliyevə,vətənə ,bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.Tədbirin balaca iştirakçıları xüsusilə diqqət cəlb edirdilər. Tədbirdə ümummilli liderə həsr olunan film nümayiş olundu.Çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər.Daha sonra məktəbin direktoru Səma Həziyeva  çıxış etdi.Məktəbin direktoru bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə ,inkişafa apardı.Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan,siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirin sonluğu iştirakçıların “Heydər ata”musiqisini ifa etməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi