1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü

Dekabrın 1-də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə tədbir keçirildi. Tədbirin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. Tədbirdə şagirdlərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.