Canlıların müxtəlifliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.10.2022-ci il tarixli "Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat"ına əsasən Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Çəməngül Kərimovanın rəhbəri olduğu 3ç sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkında “Canlıların müxtəlifliyi” mövzusunda dərs-ekskursiya keçirildi. Şagirdlərin Zooloji Parka ekskursiyası onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynayır.