“İnsan Alverinə Qarşı mübarizə” mövzusunda tədbir keçirildi

Məktəbdə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının ( 2023-2024) müvafiq bəndinin icrası məqsədi ilə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yasəmən Abdullayeva , psixoloqu Günəş Cahangirli , Sevinc Abbasova , UBTR  Vüsalə Məmmədova və məktəbin şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Məktəbin psixoloqu Günəş Cahangirli  çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət  proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Psixoloq Sevinc Abbasova  şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.

    Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər, kitabçalar, çap materialları paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi