Kəlbəcər Şəhəri Günü

24 noyabr 2023-cü il tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə  ”Kəlbəcər Şəhəri günü” adli tədbir keçirildi.  Tədbirdə   məktəbin  müəllim və şagird  kollektivi iştirak etdi. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə yüksələn şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin direktoru Səma Həziyeva  tədbiri açaraq  Kəlbəcərin 1993-cü ildə Erməni silahlı qüvvələri tərəfindən işğal olunması və 2020-ci ilin bu günü  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qüdrətli Azərbaycan ordusu tərəfindən bir güllə belə atılmadan azad olunması barədə  məlumat verdi. Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yasəmən Abdullayeva çıxış edərək torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən, əsgərlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və azad olunmuş torpaqlarda bu gün aparılan abadlıq, quruculuq işlərindən danışdı. Sonra şagirdlərin ifasında şeir kompozisiyası dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi