Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Bu gün məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayevanın ,UBT rəhbəri Vüsalə Məmmədovanın,psixoloqlar Sevinc Abbasova və Günəş Cahangirlinin birgə təşkilatçılığı ilə X və XI sinif şagirdləri ilə " Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq! " mövzusunda maarifləndirici tədbir təşkil edildi.Tədbirdə şagirdlərlə mövzu ətrafında söhbət aparıldı, mövzu barəsində videoçarx nümayiş etdirildi.