Psixoloji söhbət

21.11.2023-cü il tarixində məktəbin psixoloqu Sevinc Abbasova VIII sinif şagirdləri ilə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması məqsədi ilə maarifləndirici görüş keçirdi. Görüşdə şagirdlərə mövzu ilə bağlı geniş məlumat verildi. Sonda şagirdlərin fikirləri dinlənildi, müzakirələr böyük marağa səbəb oldu.