Ağdam Şəhəri Günü

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 20 noyabr Ağdam Şəhəri Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva və məktəbin tarix müəllimi Murad Əliyev çıxış etdi. Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndi. Tədbir zamanı videomateriallar nümayiş olundu.
Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir.
Videomaterialda bugün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrasrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.