Təhsil müəssisələrində şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təhsil müəssisələrində şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım”layihəsi çərçivəsində Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 103 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.Tədbirdə layihənin rəhbəri Fərid Əhmədli giriş sözü ilə çıxış edərək məqsədlərinin uşaqlarda ekoloji etikanın formalaşması işinə yardım etmək olduğunu bildirmişdir. Onun sözlərinə görə, layihənin vəzifələrinə uşaqların ekoloji bilgilərinin artırılmasına təşəbbüs göstərmək, uşaqların ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlarda təbiətlə düzgün təmas vərdişlərini aşılamaq və s.daxildir.Layihənin məruzəçisi Zeynəb xanım Orucova qeyd etmişdir ki, Azərbaycanda ekoloji mühitin yaxşılaşmasına yönələn tədbirlərin səmərəli nəticə verməsi əhalinin ekoloji mədəniyyət səviyyəsindən əhəmiyyətli dərəcədə aslıdır və etiraf etmək gərəkdir ki, Azərbaycan istiqlalını əldə edənə qədər əhalinin ekoloji maarifləndirilməsı istiqamətində hər hansı ciddi fəalıyyət aparılmayıb. Yalnız son illər qəbul edilən dövlət proqramlarında əhalinin ekoloji təhsili və maarifləndirilməsi işlərinin təşkili nəzərdə tutulub və aydındır ki, ekoloji təhsil, ekoloji maarifləndirmə, ekoloji mədəniyyətin formalaşması kimi mürəkkəb məsələlər yalnız dövlət fəaliyyəti hesabına həll olunmayacaq. Bu məsələdə müxtəlif ictimai təşkilatların, o cümlədən sıravi vətəndaşların və məktəblilərin potensial imkanlarından istifadə də səmərəli ola bilər. Ona görə də, uşaqların ekoloji bilgilərinin artırılmasına təşəbbüs göstərilməsi, uşaqların ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarının izah edilməsi, ekoturizm gəzintiləri vasitəsilə uşaqlarda ətraf mühitin mühafizəsi əhəmiyyətinin dərk olunmasına yardım edilməsi, uşaqlarda təbiətlə düzgün təmas vərdişlərinin aşılanmasının təbliği olduqca müsbət əhəmiyyət daşıyır.103 saylı məktəbin direktoru Yusif Alməmmədov öz çıxışında qeyd etmişdir ki, ekoloji etikanın formalaşmasına erkən yaşlardan daha dəqiqi, məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflərdən başlamağın daha səmərəli ola bilər. I-V sinif şagirdlərinə elementar ekoloji bilgilərin aşılanması bu şagirdlərin iştirakı ilə ekoloji iməciliklərin reallaşdırılması, şagirdlərin müxtəlif bir günlük ekoturizm gəzintilərinə aparılması kimi tədbirlər uşaqlarda ekoloji düşüncə tərzinin və ekoloji etikanın formalaşmasına olduqca müsbət təsir göstərər.103 saylı məktəbin müəllimələri Səadət Labazanova və Cəmilə Ağayeva çıxış edərək bu cür tədbirlər gələcəkdə şagirdlərdə ekoloji mədəniyyət səviyyəsinni yüksəlməsinə, uşaqlarda ekoloji etikanın formalaşması işinə böyük təsir edəcəyini bildirdilər.Tədbirdə sözügedən məktəbin şagirdlərinin ekologiya mövzusunda hazırladıqları səhnəciklər təqdim olundu, bu mövzuya həsr olunmuş şeirlər səsləndi.Tədbir yekunlaşandan sonra şagirdlərin iştirakı ilə məktəbyanı sahədə iməcilik keçirildi, məktəbə gələn piyada yolu qardan təmizləndi, ağaclara qulluq edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi