ZİRVƏLƏRDƏ DALĞALANAN BAYRAĞIM

Noyabrın 6-də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səma Həziyeva ilk növbədə məktəbin müəllim heyətini və tədbir iştirakçılarını "9 noyabr Dövlət Bayraq günü” münasibətilə təbrik edib. Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra O, Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından və bu tarixi hadisədən 100 il ötüdüyünü qeyd edərək bu gün fəxrlə başımız üzərində dalğalanan üçrəngli dövlət bayrağımızın yenidən 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqləndiyini, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmasından və nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilməsindən danışıb. Tədbirdə şagirdlər vətənə, bayrağa həsr olunan şeirlər səsləndirib və mahnılar ifa ediblər.