SƏN QALİBSƏN , AZƏRBAYCAN

"27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü" ilə bağlı Tədbirlər Planına əsasən məktəbimizdə "Sən qalibsən , Azərbaycan" adlı intellektual yarış keçirildi. Yarışda 3c sinif şagirdləri iştirak edirdilər. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışın keçirilməsində məqsəd şagirdlərdə vətənə, torpağa bağlılıq hissini gücləndirmək, ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin diqqətə çatdırılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.